Ciddi hesabat blankları


Son zamanlar vergi sahəsində aparılan şəffaflaşma prossesi bizdən tələb edir ki, gəlir və xərclərimizin, istehsal və istehlak etdiyimiz məhsulların, satdığımız və aldığımız malların, göstərdiyimiz xidmətin uçotunu düzgün aparaq.

Bu prosesləri həm sadələşdirmək, həm də yoxlamalar zamanı müvafiq dövlət orqanları qarşısında cərimə sanksiyalarına məruz qalmamaq üçün ciddi hesabat blanklarından istifadə etmək zəruridir.

Ciddi hesabat blankları əldə etməlklə biz satışdan və gostərdiyimiz xidmətdən kassamıza daxil və xaric olan vəsaitə düzgün nəzarət edə, istehsal,istehlak,satış, alış,daşınma zamanı  mal və materiallarımızın sayının və qiymətinin uçotunu düzgün şəkildə apara bilərik.

Burda bir qeyd yerinə düşər ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə bütün pul, mal alış-verişləri ya kassa aparat cekləri ya da ciddi hesabat blankları vasitəsi ilə həyata keçirilməlidir. Əks halda cərimə qaçınılmazdır.

Maliyyə Nazirliyi tərəfindən muəyyən edilən, Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi tərərfindən nəzarətdə saxlanılan blanklardır. Bu blankları cap edən müəssisələrin özünə məxsus xusisi qoruyucu nişanları olur ki, bu qoruyucu nişanlar vasitəsi ilə lazım gələrsə ciddi hesabat blanklarının əsli ilə saxtası xüsusi laborator müyinələr vasitəsi ilə aşkara çıxarılır.

Ciddi hesabat blanklarını saxta şəkildə hazırlamaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət əməli sayılır.

Indi isə ən çox tələb olunan ciddi hesabat blanklarının bəziləri haqda məlumat verək