Kassa mədaxil orderi


Kassa mədaxil orderi ( forma KO N-1)-bu ciddi hesabat balankı orderin ozü və qəbzi olmaq üzrə, sağ və sollu mühasibatlıq sənədidir.

Kassa mədaxil orderinin sag tərərfi (qəbz tərəfi) ödənişi edən tərəfə verilir, sol tərəfi isə ödənişi alan tərəfdə qalır. Bu ciddi hesabat blankından mal satışı zamanı alınan məbləğləri kassaya daxil edərkən istifadə edilməlidir.

Kassa mədaxil orderinin forması-kassa mədaxil orderi  A5 blank ölcüsündə olur (A4-ün 2/1-i). Kassa mədaxil orderinin sağ yuxarı küncündə blankın qısa və rəsmi adı yazılır.

Kassa mədaxil orderinin qısaldılmış və rəsmi adı –Forma N KO-1-dir. Blankın rəsmi adının altından müvafiq dövlət qurumunun (indiki halda bu Maliyyə Nazirliyidir) bu blankın ciddi hesabat blankları siyahısında olması ilə əlaqədar verilmiş qərar öz əksini tapır.

Mədaxil qəbzinin forması, təyinatı ilə bağlı verilmiş ən son qərar belədir: Forma N KO-1-in forması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirlyinin Kollegiyasının 04 aprel 2016-cı il Q-09 N-li qərarı ilə təsdiq edilmişdir. (1 nömrəli əlavə)

Kassa mədaxil orderinin  sol üst küncündə Azərbaycan Respublikasının dövlət Gerbi həkk edilir. Üst yuxarı hissədə tən ortada olmaq şərti ilə müəssisənin və ya fiziki şəxsin adı, adın altından isə müəssisənin vöeni cap edilir.

Ad və vöenin altından sağ nüsxədə (müştəriyə verilən hissə) KASSA MƏDAXİL ORDERİNİN QƏBZİ, sol nüsxədə (satışı və ya xidməti həyata keçirən şəxsdə qalan hissə)  KASSA MƏDAXİL ORDERİ yazılır. Bu yazının altından Maliyyə Nazirliyinin mətbəəyə verdiyi xususi seriya yazılır.

Seriya 3 hərfdən ibarət olur. Məsəslən QİZ. Kassa mədaxil orderinin seriyasının qarşısında 6 rəqəqmli seriya nömrəsi çap edilir. Məsəsləm Seriya qiz N 000001. Seriya nömrəsi ardıcıllıqla çap edilməlidir. İki  eyni seriya nömrəsini çap etmək olmaz. Seriyanın alt hissəsində satışın  tarixini qeyd etmək üçün gün,ay və il yerləri boş olan hissə çap edilir. Tarix yerinin altından ödənişi edən tərəfin adı,soyadı,vəzifəsi, ünvanını qeyd etmek üçün boş yer çap olunur. Onun aşağısında isə pulun nə üçün alındiğını bildirən hissə qoyulur. Aşağıda alınan məbləği rəqəm və hərflərlə qeyd etmək üçün məbləğ adlanan hissə çap edilir. Ən aşağı hissədə isə kassa mədaxil orderini möhürləmək üçün möhür yeri, rəhbərin, baş mühasibin və kassirin imzalamasi üçün imza yeri qoyulur.

Qeyd: əgər kassa mədaxil orderi ilə hər hansi bir satış həyata kecirilibsə, satılmış mala da sənəd yazilmalıdır. Növbəti ciddi hesabat blankımız olan malların təhvil qəbul aktı bölməsində bu barədə oxuya bilərsiniz.