Malların alış aktı


Malların alış aktı (forma MAA N-1)-bu ciddi hesabat blankı da ölçüsünə görə A4 və A5, yazılış qaydasına görə də həm üzüköçən həm də printerdə çap olunan formada olur. Malların alış aktı da malların təhvil qəbul aktı kimi ilk nusxəsi ödənişi edən tərəfə verilir, kötük ödəniş alan tərərfdə qalır. Bu ciddi hesabat blankı vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) fiziki şəxslərdən mal alarkən istifadə olunur. Adətən bazardan alınan mallar bu sənədlə alınır.

5Hazır məhsulların,malların təsəsrrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (forma N-QF-5)-bu ciddi hesabat blankı bir neçə satış nöqtəsi,anbarları olan müəssisələr üçündür. Bu mallar satılmasa, sadəcə yerdəyişsə də hökmən əməliyyat bu ciddi uçot blankı ilə həyata keçirilməlidir.

6 Malların alınması üçün vəkalətnamə (forma N M-2)-bu ciddi hesabat blankı yuxarı və aşağı kötük hissə olmaqla iki hissəyə ayrılır. Yuxarı hissə mal alınan tərəfdə, vəkalətnamənin kötük hissəsi isə aid olan müəssisədə qalır.

7 Sığorta haqları üçün mədaxil qəbzi (forma N 7-S)-bu ciddi hesabat blankı sığorta sahəsində işləyən müəssisələrin sığorta etdikləri zaman aldıqları məbləği qeydiyyata saımaları üçün istifadə edilir. Sığorta haqları üçün mədaxil qəbzi kassa mədaxil orderi kimi sag və soldan ibarət iki hissəli ciddi hesabat blankıdır. Sağ tərəf burda da ödənişi edən, sol tərəf isə ödənişi alan tərərfdə qalır.