Mədaxil qəbzi


Mədaxil qəbzi (forma №- 1 MQ)- bu ciddi hesabat blankı iki nusxəli, üzüköçən mühasibatlıq sənədidir. Mədaxil qəbzinin ilk nüsxəsi  ödənişi edən tərəfə verilir, mədaxil qəbzinin kötüyü isə ödəniş alan tərəfdə qalır.

Bu ciddi hesabat blankından xidmət sahəsində çalışanlar aldıqları məbləği qeydiyyata salarkən istifadə edə bilərlər. Mədaxil qəbzi kitabca şəklində olur və sadələşmiş vergi ödəyiciləri üçün rübün sonunda hesabatlarını aparmaq rahatlıq təşkil edir. Çünki bütün dövrüyyələri mədaxil qəbzi kitabcasının içində olur.

Mədaxil qəbzinin forması- Mədaxil qəbzi əsasən A6 blank ölçüsündə olur(A4-ün 4/1-i). Mədaxil qəbzinin sağ üst küncündə blankın rəsmi adı yazılır. Mədaxil qəbzinin qısaldılmış və rəsmi adı – Forma № 1MQ-dir.

Blankın rəsmi adının altından müvafiq dövlət qurumunun (indiki halda bu Maliyyə Nazirliyidir) bu blankın ciddi hesabat blankları siyahısında olması ilə əlaqədar verilmiş qərar öz əksini tapır.

Mədaxil qəbzinin forması, təyinatı ilə bağlı verilmiş ən son qərar belədir: Forma № 1MQ-nin forması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirlyinin Kollegiyasının 04 aprel 2016-cı il Q-09 №-li qərarı ilə təsdiq edilmişdir. (2 nömrəli əlavə)

Mədaxil qəbzinin sol üst küncündə Azərbaycan Respublikasının dövlət Gerbi həkk edilir. Üst yuxarı hissədə tən ortada olmaq şərti ilə müəssisənin və ya fiziki şəxsin adı, adın altından isə müəssisənin vöeni cap edilir. Ad və vöenin altından birinci nüsxədə (müştəriyə verilən hissə) MƏDAXİL QƏBZİ, ikinci nüsxədə(satışı və ya xidməti həyata keçirən şəxsdə qalan hissə)  MƏDAXİL QƏBZİNİN KÖTÜYÜ yazılır.

Bu yazıların altından mədaxil qəbzi blankının sol tərəfində satışın və ya xidmətin həyata keçirildiyi tarixi qeyd etmək üçün gün, ay və il qeyd edilməsi üçün boş sahə çap edilir. Tarix yerinin qarşısında, sağ tərəfdə Maliyyə Nazirliyinin mətbəəyə verdiyi xüsusi seriya yazılır.

Seriya 3 hərfdən ibarət olur. Məsəslən MRN. Mədaxil qəbzinin seriyasının qarşısında 6 rəqəqmli seriya nömrəsi çap edilir. Məsəslən Seriya MRN № 000001 Seriya nömrəsi ardıcıllıqla çap edilməlidir. İki  eyni seriya nömrəsini çap etmək olmaz. Bu hissədə satışı və ya xidməti həyata keçirən tərəf ödənişi aldığı tərəfin adını, vöenini, lazım gələrsə ünvanını və bank rekvizitlərini yazır. Bu yazıların aşağı hissəsində satılan malları və ya görülən xidmətləri qeyd etmək üçün-sira N-si, məhsul iş və xidmətin adı, ölçü vahidi, vahidinin qiyməti, məbləği- sütunları olan boş qrafalar çap edilir. Qrafaların alt hissəsində satışdan və xidmətdən əldə edilmiş məbləği həm rəqəmlə, həm də hərflərlə yazmaq ücün yer qoyulur. Blankın sol aşağı hissəsində mədaxil qəbzini möhürləmək üçün möhür yeri, mədaxil qəbzini dolduran şəxsin soyadı, adı və atasının adını qeyd etmək üçün hissə və bu içracının imza atması üçün xüsusi yer cap edilir.

Mədaxil qəbzinin üzüköçən kağızda olması səbəbi ilə ilk nüsxəyə yazdığınız hər bir qeyd ikinci nüsxəyə olduğu kimi düşür.